Cəsur Saçlar

Head&Shoulders AFFA ilə əməkdaşlıq çərçəvəsində "Cəsur Saçlar" adlı stimullaşdırıcı tirajlı lotereyasını elan edib
 
 
“Head & Shoulders” ticarət nişanı altında satılan hər biri 2 məhsuldan ibarət olan 2 çeşid (kişilər üçün: Ultra Men və Classic şampunları; qadınlar üçün: Supreme şampun və balzamı) xüsusi bağlamadan birini almaqla bu Lotereyada iştirak hüququ qazanılır. Bağlamalar şəhərimizin böyük supermarketlərində mövcuddur.  Hər bağlamanın içərisində lotereya bileti və hər biletin üzərində unikal kod yerləşdirilib. Lotereyanın iştirakçıları öz unikal kodunu, adını, soyadını, cinsiyyətini və mobil telefon nömrəsini https://www.cesursaclar.az saytına daxil olaraq qeyd etməli və daxil etdikdən sonra öz iştirakını təsdiq etməlidirlər.
Lotereya 01.05.2019-cu ildən 31.07.2019-cu ilə qədər davam edir.  
 
 
Hədiyyələr
1-ci tiraj:
5 qalibə:
06.09.2019-cu il tarixində Uelsdə keçiriləcək Uels – Azərbaycan futbol oyununda iştirak üçün bilet (bilet , səfər, qonaqlama və viza xərcləri qarşılanır)
Azərbaycan milli futbol komandasının forması
 

25 qalibə:

08.06.2019-cu il tarixində Bakıda keçiriləcək Azərbaycan – Macarıstan futbol oyununda VİP iştirak bileti 
Azərbaycan milli futbol komandasının forması
 
 
2-ci tiraj:

5 qalibə:

06.09.2019-cu il tarixində Uelsdə keçiriləcək Uels – Azərbaycan futbol oyununda iştirak üçün bilet (bilet, səfər, qonaqlama və viza xərcləri qarşılanır)
Azərbaycan milli futbol komandasının forması

 

25 qalibə:

09.09.2019-cu il tarixində Bakıda keçiriləcək Azərbaycan – Xorvatiya futbol oyununda VİP iştirak bileti
Azərbaycan milli futbol komandasının forması
 
Əlavə olaraq, lotereya qalibləri futbolçularımızı daha yaxından tanımaq şansı qazanıblar. Kişilərdən ibarət olan A Milli komandasından Təmkin Xəlilzadə, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Mirabdulla Abbasov və Şəhriyar Rəhimov, qadınlardan ibarət olan A Milli komandasından isə Elvira Əsgərzadə, Nigar Abdulova, və Ayşən Əhmədova tədbirdə iştirak etdilər.