az en
News / AFFA ilə Nike arasında razılıq əldə olunub

AFFA ilə Nike arasında razılıq əldə olunub

A Milli Dərc olundu: 07.06.2017 Çap
Bir neçə ildir ki, Umbro şirkəti ilə əməkdaşlıq edən AFFA   Azərbaycan milli komandası üçün Avro-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə etmişdi. 
 
AFFA ilə Nike arasında razılıq əldə olunub
Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millimizin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən Umbro və Nike şirkətləri ilə danışıqlar aparıb. Nike şirkəti Umbro ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə Nike arasında razılıq əldə olunub. Beləliklə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana Nike istehsalı formada çıxacaq.
Formanın dizaynı ilə iyunun 8-də, saat 11:00-da affa.az-da və AFFA-nın rəsmi facebook səhifəsində tanış ola bilərsiniz.
 
Baş Sponsor 
Proyekt Partnyorları