az en
News / Elxan Məmmədov: “Missiya mümkündür”

Elxan Məmmədov: “Missiya mümkündür”

A Milli Dərc olundu: 24.01.2018 Çap
UEFA Millətlər Liqasının püşkünü  dəyərləndirən AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın rəsmi saytına bunları deyib:
 
Elxan Məmmədov: “Missiya mümkündür”
“Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünür. Ancaq komandamızın 3 gün ərzində 2 oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir. Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdır. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündür”.  
 
 
Baş Sponsor 
Partnyorlar