az en
News / Namik Ələskərov milliyə dəvət olunub

Namik Ələskərov milliyə dəvət olunub

A Milli Dərc olundu: 07.10.2019 Çap
Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi” PFK-dan Namik Ələskərov millinin heyətinə dəvət olunub.
 
Namik Ələskərov milliyə dəvət olunub
Baş Sponsor 
Proyekt Partnyorları