az en
News / A milli San Marino yığmasına qalib gəldi

A milli San Marino yığmasına qalib gəldi

A Milli Dərc olundu: 09.06.2026 Çap
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxıb. A milli San Marino yığması ilə qarşılaşıb.
A milli San Marino yığmasına qalib gəldi
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunan görüş Ayxan Abbasovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 27-ci dəqiqədə Rəhman Daşdəmirov və 49-cu dəqiqədə Renat Dadaşov vurublar.
 
Azərbaycan – San Marino - 2:1
Qollar: Rəhman Daşdəmirov, 27; Renat Dadaşov, 49 - Nikola Nanni, 9
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov (15. Bədavi Hüseynov, 86), 2. Rəhman Daşdəmirov, 16. Tellur Mütəllimov (22. Rəhim Sadıxov, 86), 25. Rüfət Abbasov (3. Elvin Cəfərquliyev, 61), 6. Səbuhi Abdullazadə (20. Aleksey İsayev, 46), 8. Emin Mahmudov (k) (10. Mahir Emreli, 61), 26. Ayxan Hüseynov (7. Toral Bayramov, 46), 11. Rüstəm Əhmədzadə (13. Emil Səfərov, 46), 9. Renat Dadaşov (19. Nəriman Axundzadə, 75)
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 17. Vüsal İsgəndərli, 21. Qismət Alıyev, 24. Mustafa Əhmədzadə
Baş məşqçi: Ayxan Abbasov
San Marino: 1. Edoardo Kolombo, 5. Mikele Çevoli (23. Matteo Valli Kasadei, 77), 15. Marko Pasolini, 4. Filippo Fabbri (24. Pietro Marinuççi, 87), 12. Alessandro Tosi (3. Simone Cokondi, 87), 8. Lorenzo Kapiççioni (2. Cakomo Benvenuti, 77), 18. Samuele Zannoni (7. Qabriel Kapiççioni, 56), 25. Kristian Meloni (22. Marçello Mularoni, 56), 21. Lorenzo Lazzari (19. Samuel Pançotti, 56), 11. Nikolas Cakopetti (14. Fausto Salikioni, 87), 9. Nikola Nanni (k)
Ehtiyat oyunçular: 13. Pietro Amiçi, 17. Mirko De Angelis, 16. Mattia Sankisi, 20. Filippo Terni, 26. Simone Tamaqninis
Baş məşqçi: Roberto Çevoli
Baş Sponsor