Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turnirində ilk oyununa çıxıb.
Millimiz Sumqayıtda Sent Lüsiya yığması ilə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Ayxan Abbasovun yetirmələrinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları Emin Mahmudov, Rəhim Sadıxov, Musa Qurbanlı, Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadə vurublar.
Qeyd edək ki, millimiz turnir çərçivəsində növbəti oyununu martın 30-da Syerra Leone yığmasına qarşı keçirəcək.
Azərbaycan – Sent Lüsiya - 6:1
Qollar: Emin Mahmudov, 2 (pen.); Rəhim Sadıxov, 21; Musa Qurbanlı, 37; Toral Bayramov, 64; Vüsal İsgəndərli, 86; Rüstəm Əhmədzadə, 89 - Donovan Filipp, 52 (pen.)
Azərbaycan: 23. Rza Cəfərov (1. Səlahət Ağayev, 46), 14. Elvin Bədəlov (18. Cəlal Hüseynov, 46), 15. Bədavi Hüseynov (4. Rahil Məmmədov, 46), 2. Rəhman Daşdəmirov (15. Abdulla Rzayev, 74), 3. Elvin Cəfərquliyev (7. Toral Bayramov, 46), 21. Qismət Alıyev (17. Vüsal İsgəndərli, 46), 13. Emil Səfərov (6. Abdulla Xaybulayev, 46), 20. Rəhim Sadıxov (26. Ayxan Hüseynov, 46), 8. Emin Mahmudov (k) (16. Ceyhun Nuriyev, 46), 9. Renat Dadaşov (11. Xəyal Əliyev, 46), 22. Musa Qurbanlı (19. Rüstəm Əhmədzadə, 46)
Ehtiyat oyunçular: 2. Aydın Bayramov, 5. Anton Krivotsyuk, 10. Aleksey İsayev, 24. Mustafa Əhmədzadə
Baş məşqçi: Ayxan Abbasov
Sent Lüsiya: 1. Devon Sent Priks, 4. Eymani Butçer (8. Trent Aleksander, 46), 5. Doneal Lionel, 6. Melvin Doksilli (k), 7. Kiqan Koll (14. Ridel Stanislas, 46), 9. Donovan Filipp, 10. Şevon Biron (17. Jahlil Evans, 71), 11. Arkell Cud-Boyd, 13. Bayan Aman (18. Tyerri Morille, 88), 19. Alvinus Myers, 21. Şaquan Nelson
Ehtiyat oyunçular: 16. Adee Germe, 3. Ayani Luis, 12. Hemayel Çarleri, 15. Lester Jozef, 22. Mervin Sent Romain, 23. Darren Donaye
Baş məşqçi: Stern Con