az en
News / AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat aldı

AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat aldı

UEFA Dərc olundu: 03.07.2025 Çap
AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan 2025/2026-cı illər mövsümü üçün ilk təyinatı alıb.
AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat aldı
O, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dinamo” (Minsk, Belarus) – “Lüdoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq. Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdır. Z.Ağayeva daha əvvəl qadınların Çempionlar Liqasında 2 matça təyinat alıb.
Qeyd edək ki, “Dinamo” ilə “Lüdoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt şəhərində baş tutacaq.
Baş Sponsor