az en
News / AFFA süni ot örtüklü məşq meydanının quraşdırılması üçün tender elan edir

AFFA süni ot örtüklü məşq meydanının quraşdırılması üçün tender elan edir

AFFA Dərc olundu: 27.12.2021 Çap
Mingəçevir şəhərində süni ot örtüklü məşq meydanının quraşdırılması üçün əsasın hazırlanması, drenaj xəttinin qurulması, su rezervuarlarının və nasosxananın tikilməsi və suvarma sisteminin çəkilməsi işlərinin aparılması üçün AFFA tender elan edir.
AFFA süni ot örtüklü məşq meydanının quraşdırılması üçün tender elan edir
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər.
 
Tenderin müddəti: 14 yanvar 2022-ci il, saat 17:00
Ödəniş şərtləri: 50% müqavilə imzalandıqdan sonra, 50% iş təhvil verildikdən sonra
İşə başlama tarixi: 21 Yanvar 2022-ci il, müqavilə imzalandıqdan dərhal sonra
İşin təhvil verilmə tarixi: 21 Mart 2022-ci il
 
 
Baş Sponsor 
Partnyorlar