az en
News / Akkreditasiya üçün qeydiyyat

Akkreditasiya üçün qeydiyyat

A Milli Dərc olundu: 28.10.2025 Çap
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – İslandiya və noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq Azərbaycan - Fransa oyunlarına akkreditasiya almaq istəyən KİV nümayəndələri noyabrın 5-dək qeydiyyatdan keçməlidirlər.
Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar: 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skan olunmuş);
3. Təmsil etdiyi mətbu orqanın vəsiqəsinin surəti;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
 
Yuxarıda qeyd olunanlar 5 noyabr saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir.
Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Baş Sponsor