az en
News / Bu gün saat 19:00: “KuPS” - “Sabah”

Bu gün saat 19:00: “KuPS” - “Sabah”

Çempionlar Liqası Dərc olundu: 28.07.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Bakı klubu Finlandiyanın “KuPS” komandasının qonağı olacaq.
Bu gün saat 19:00: “KuPS” - “Sabah”
Kuopio Mərkəzi Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İsraildən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Bakıda baş tutan ilk oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.
 
28 iyul
 
19:00. “KuPS” (Finlandiya) - “Sabah” (Azərbaycan)
Baş hakim: Qal Leibovitz
Baş hakimin köməkçiləri: Roy Hassan, Yossi Babayoff
Dördüncü hakim: Dekel Zino
VAR: Daniel Bar Natan
AVAR: Eitan Şmuelevitz
(Hakimlər briqadası İsraildəndir)
Kuopio Mərkəzi Stadionu
Baş Sponsor