az en
News / Azarkeşlərin nəzərinə!

Azarkeşlərin nəzərinə!

A Milli Dərc olundu: 01.10.2025 Çap
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa – Azərbaycan və Ukrayna – Azərbaycan oyunlarında milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər iTicket.az-da onlayn şəkildə satışdadır. Fransa ilə matçda azərbaycanlı azarkeşlər üçün ayrılmış 101 və 102-ci sektora biletlərin qiyməti 44 AZN-dir. Ukrayna ilə görüşdə isə qonaq komandanın azarkeşləri üçün ayrılmış J sektoruna biletlərin qiyməti 45 AZN təşkil edir.
Azarkeşlərin nəzərinə!
Qeyd edək ki, oktyabrın 10-da Paris şəhərində yerləşən “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlanacaq.
Oktyabrın 13-də Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda təşkil olunacaq Ukrayna – Azərbaycan qarşılaşmasına da yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) start veriləcək.
 
Oyunlara biletləri aşağıdakı linklərə keçid edərək əldə edə bilərsiniz:
Baş Sponsor