az en
News / Azərbaycan çempionuna mükafat təqdim olunub (fotoreportaj)

Azərbaycan çempionuna mükafat təqdim olunub (fotoreportaj)

Misli Premyer Liqası Dərc olundu: 18.05.2025 Çap
Misli Premyer Liqasında 2024/2025-cü illər mövsümünün XXXV turuna yekun vurulub.
Azərbaycan çempionuna mükafat təqdim olunub (fotoreportaj)
“Azərsun Arena”da keçirilən turun “Qarabağ” – “Kəpəz” (3:0) oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk olaraq Azərbaycan çempionatının sponsoru “Misli” ASC-nin baş direktoru Osman Karakuşa xüsusi hədiyyə təqdim edilib.
Ardından mövsümün qalibi olan “Qarabağ” komandası qızıl medallar və kubokla mükafatlandırılıb. Mükafatlandırma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev, “Qarabağ” klubunun prezidenti Tahir Gözəl və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər.
Mərasimin sonunda “Qarabağ” komandasına çempionluq kuboku təqdim olunub.
 
Baş Sponsor