az en
News / Azərbaycan milli komandası (Qadınlar) Qarabağ Universitetində tələbələrlə görüş keçirib

Azərbaycan milli komandası (Qadınlar) Qarabağ Universitetində tələbələrlə görüş keçirib

A milli (Qadınlar) Dərc olundu: 22.09.2026 Çap
Qadınlardan ibarət Azərbaycan milli futbol komandasının üzvləri və məşqçi heyəti, eləcə də AFFA Qadın Futbolu Departamentinin əməkdaşları Qarabağ Universitetində olublar.
Azərbaycan milli komandası (Qadınlar) Qarabağ Universitetində tələbələrlə görüş keçirib
Səfər çərçivəsində milli komandanın üzvləri universitetin qız tələbələri ilə görüşüblər. Görüşdə qadın futbolunun inkişafı və təbliği, qızların futbola və idmana cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir zamanı futbolçuların iştirakı ilə imza sessiyası təşkil olunub və qadın futbolunun təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra tələbələrin suallarının cavablandırıldığı panel keçirilib. Paneldə milli komandanın futbolçuları və məşqçiləri öz təcrübələrini tələbələrlə bölüşüblər.
Proqramın davamında milli komandanın üzvləri və nümayəndə heyəti Qarabağ Universitetinin kitabxana və laboratoriyaları ilə tanış olublar.
Səfərin sonunda qadınlardan ibarət A milli komandanın üzvləri, məşqçi heyəti və AFFA nümayəndələri Xankəndi şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər.
 
Baş Sponsor