az en
News / Azərbaycan millisi Litva ilə heç-heçə edib

Azərbaycan millisi Litva ilə heç-heçə edib

A Milli Dərc olundu: 27.09.2026 Çap
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində ilk oyununa çıxıb. "Dariaus ir Gireno" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Komandamızın heyətində 14-cü dəqiqədə Mahir Emreli fərqlənib. Litva millisinin qolunu isə 9-cu dəqiqədə penaltidən Armandas Kuçis vurub.
 
Litva - Azərbaycan - 1:1
Qollar: Armandas Kuçis, 9 (pen.), Mahir Emreli, 14
 
Qeyd edək ki, milli komandamız qrupdakı növbəti oyunlarını Bakıda keçirəcək. Komandamız oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteynlə, oktyabrın 4-də isə "8-ci km" stadionunda Litva ilə qarşılaşacaq.
Azərbaycan millisi Litva ilə heç-heçə edib
Azərbaycan: 1 Emil Balayev, 2 Rəhman Daşdəmirov, 3 Rüfət Abbasov, 4 Rahil Məmmədov, 6 Abdulla Xaybulayev, 9 Renat Dadaşov, 10 Mahir Emreli, 13 Emil Səfərov, 15 Bədavi Hüseynov (k), 19 Tellur Mütəllimov, 20 Aleksey İsayev.
Ehtiyat oyunçular: 12 Aydın Bayramov, 23 Rəvan Mirzəmmədov, 5 Anton Krivotsyuk, 7 Toral Bayramov, 8 Emin Mahmudov, 11 Ayxan Hüseynov, 14 Elvin Bədəlov, 16 Oruc Məmmədov, 17 Vüsal İsgəndərli, 18 Cəlal Hüseynov, 21 Rüfət Abdullazadə, 22 Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.
 
Litva: 23 Djuqas Bartkus, 2 Artemiyus Tutışkinas, 3 Edqaras Utkus, 7 Artur Doljnikov, 10 Armandas Kuçis, 13 Yustas Lasitskas (k), 14 Vikintas Slivka, 15 Gvidas Gineytis, 16 Lukas Mişelbrink, 18 Vilyus Armalas, 21 Adrian Likunas.
Ehtiyat oyunçular: 1 Edvinas Gertmonas, 12 Tomas Şvedkauskas, 4 Jiqimantas Baltrunas, 5 Kipras Kajukolovas, 6 Modestas Vorobyovas, 8 Domantas Şluta, 9 Manfredas Ruzqis, 11 Elijiyus Yankauskas, 17 Piyus Şirvis, 19 İqnas Venckus, 20 Deividas Maljinskas, 22 Moteyus Burba.
Baş məşqçi: Edgaras Yankauskas.
Baş Sponsor