Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qol U-15” ll beynəlxalq futbol turnirinə start verilib. Gənclər və İdman Nazirliyi və AFFA-nın birgə təşkil etdiyi turnirdə 8 komanda mübarizə aparır.
A qrupunda "Qarabağ", "Turan-Tovuz", "Sabah" və Belarusun “U15 Academy" komandası, B qrupunda isə "Neftçi”, “Zirə", “Sumqayıt", eləcə də Qırğızıstanın “İlbirs" komandası mübarizə aparırlar. Turnirə noyabrın 19-da yekun vurulacaq.