Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində altıncı oyununa çıxacaq. Komanda Borasda İsveçin “Elfsborq” kollektivinin qonağı olacaq.
“Boras Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Portuqaliyadan olan hakimlər briqadasının idarə edəcəyi matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
12 dekabr
“Elfsborq” - “Qarabağ”
Boras Arena. Saat 00:00
Baş hakim: António Nobre
Baş hakimin köməkçiləri: Pedro Ribeiro, Nelson Pereira
Dördüncü hakim: Bruno Miguel Vieira
VAR: Hugo Miguel
AVAR: André Narciso
(Hakimlər briqadası Portuqaliyadandır)
Hakim-inspektor: Stefano Podeschi (San Marino)
UEFA nümayəndəsi: Ian Atkins (İngiltərə)