21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq (U-21) yığması ilə son matçına çıxacaq.
“Əlincə Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:45-də başlanacaq. Qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək. Oyun "İdman TV" kanalı vasitəsilə canlı yayımlanacaq.