az en
News / Bu gün saat 20:00. “Sabah” - “Orxus”

Bu gün saat 20:00. “Sabah” - “Orxus”

Çempionlar Liqası Dərc olundu: 11.08.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Bakı klubu Danimarkanın “Orxus” komandasını qəbul edəcək.
Bu gün saat 20:00. “Sabah” - “Orxus”
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq. Fransadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Danimarkada baş tutan ilk oyunda “Orxus” 2:1 hesablı qələbə qazanıb.
 
11 avqust
 
20:00. “Sabah” (Azərbaycan) - “Orxus” (Danimarka)
Baş hakim: Villi Delajod
Baş hakimin köməkçiləri: Ervan Finjean, Valentin Evrard
Dördüncü hakim: Erik Vattellier
VAR: Bastien Deşepi
AVAR: Nikolya Rainvill
(Hakimlər briqadası Fransadandır)
“Bank Respublika Arena”
Baş Sponsor