az en
News / Bu gün saat 20:30. “Orxus” - “Sabah”

Bu gün saat 20:30. “Orxus” - “Sabah”

Çempionlar Liqası Dərc olundu: 05.08.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün III təsnifat mərhələsində ilk oyuna çıxacaq. Bakı klubu Danimarkanın “Orxus” komandasının qonağı olacaq.
Bu gün saat 20:30. “Orxus” - “Sabah”
Randers şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. Sloveniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
 
5 avqust
 
20:30. “Orxus” (Danimarka) - “Sabah” (Azərbaycan)
Baş hakim: Rade Obrenoviç
Baş hakimin köməkçiləri: Aleksandar Kasapoviç, Qreqa Kordez
Dördüncü hakim: Martin Matoşa
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
(Hakimlər briqadası Sloveniyadandır)
Randers şəhər stadionu
Baş Sponsor