az en
News / “Sabah” Çempionlar Liqasında III raunda yüksəldi

“Sabah” Çempionlar Liqasında III raunda yüksəldi

Çempionlar Liqası Dərc olundu: 28.07.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində cavab oyununa çıxıb. Bakı klubu Finlandiyanın “KuPS” komandasının qonağı olub.
“Sabah” Çempionlar Liqasında III raunda yüksəldi
Bakıda baş tutan ilk oyunda 1:0 hesablı qələbə qazanan “Sabah” Kuopio Mərkəzi Stadionundakı görüşdə də rəqibini məğlub edib. Valdas Dambrauskasın yetirmələri 2:0 hesablı qalibiyyət əldə ediblər. Təmsilçimizin heyətində qolları 53-cü dəqiqədə Velko Şimiç və 70-ci dəqiqədə Coy Lens Mikels vurub.
Beləliklə, “Sabah” III təsnifat mərhələsinə adlamaqla yanaşı, UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqəni rəsmiləşdirib. Azərbaycan çempionunun III raunddakı rəqibi “Lex” (Polşa) – “Orxus” (Danimarka) cütünün qalibi olacaq. Komandaların Danimarkadakı ilk matçında “Lex” 4:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Çempionlar Liqasında növbəti mərhələnin oyunları avqustun 4-5-də və 11-də keçiriləcək.
Baş Sponsor