az en
News / Bu gün saat 20:00. “Torpedo” - “Zirə”

Bu gün saat 20:00. “Torpedo” - “Zirə”

Konfrans Liqası Dərc olundu: 16.07.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq. Bakı klubu Gürcüstanın “Torpedo” (Kutaisi) komandasının qonağı olacaq.
Bu gün saat 20:00. “Torpedo” - “Zirə”
Kutaisi şəhərində yerləşən “Şengelia Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Macarıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Sumqayıtda baş tutan ilk oyunda “Zirə” 3:0 hesablı qələbə qazanıb.
 
16 iyul
 
20:00. “Torpedo” (Kutaisi, Gürcüstan) - “Zirə” (Azərbaycan)
Baş hakim: Mihali Kaprali
Baş hakimin köməkçiləri: İstvan Albert, Bence Belitza
Dördüncü hakim: Marsell Derdak
(Hakimlər briqadası Macarıstandandır)
Kutaisi, “Şengelia Arena”
Baş Sponsor