az en
News / “Zirə”dən böyükhesablı qələbə

“Zirə”dən böyükhesablı qələbə

Konfrans Liqası Dərc olundu: 08.07.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” 2026/2027-ci illər mövsümündə ilk oyuna çıxıb. Bakı klubu I təsnifat mərhələsi matçında Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını qəbul edib.
“Zirə”dən böyükhesablı qələbə
Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirilən görüşdə Rəşad Sadıqovuun yetirmələri böyükhesablı qələbə qazanıblar – 3:0.
“Zirə”nin heyətində braziliyalı müdafiəçi Ruan Renato 32 və 63-cü (penaltidən) dəqiqələrdə fərqlənərək dubla imza atıb. Digər qolu isə 47-ci dəqiqədə gürcüstanlı David Volkov vurub.
Komandalar arasında cavab oyunu iyulun 16-da Kutaisidə keçiriləcək.
Baş Sponsor