az en
News / Bu gün saat 21:45: “Qarabağ” – FCSB

Bu gün saat 21:45: “Qarabağ” – FCSB

Avrokubok Dərc olundu: 23.01.2025 Çap
Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Bu gün saat 21:45: “Qarabağ” – FCSB
Komanda Bakıda Rumıniyanın FCSB kollektivini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Slovakiyadan olan hakimlər briqadasının idarə edəcəyi matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
23 yanvar
 
“Qarabağ” – FCSB
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Filip Glova
Baş hakimin köməkçiləri: Daniel Polacek, Peter Bednar
Dördüncü hakim: Lukáš Dzivjak
VAR: Michal Očenáš
AVAR: Martin Dohal
(Hakimlər briqadası Slovakiyadandır)
Hakim-inspektor: Martin Hansson (İsveç)
UEFA nümayəndəsi: Natalya Vorobyova (Belarus)
Baş Sponsor