az en
News / Bu gün saat 22:15: “Aris” - “Araz-Naxçıvan”

Bu gün saat 22:15: “Aris” - “Araz-Naxçıvan”

Konfrans Liqası Dərc olundu: 31.07.2025 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Yunanıstanın “Aris” kollektivinin qonağı olacaq.
Bu gün saat 22:15: “Aris” - “Araz-Naxçıvan”
Saloniki şəhərində yerləşən “Kleantis Vikelidis” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:15-də başlanacaq. Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İdman TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk matçda “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanıb.
 
31 iyul
 
“Aris” (Yunanıstan) - “Araz-Naxçıvan” (Azərbaycan)
Kleantis Vikelidis stadionu. Saat 22:15
Baş hakim: Devid Dikinson
Baş hakimin köməkçiləri: Frensis Konnor, Conatan Bell
Dördüncü hakim: Rayan Li
(Hakimlər briqadası Şotlandiyadandır)
Baş Sponsor