az en
News / Dmitri Nazarov millinin toplanışında iştirak etməyəcək

Dmitri Nazarov millinin toplanışında iştirak etməyəcək

A Milli Dərc olundu: 26.08.2020 Çap
UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Lüksemburq, sentyabrın 8-də isə Kipr milli komandası ilə qarşılaşacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışında Almaniyanın “Erzgebirge Aue” klubunda çıxış edən Dmitri Nazarov iştirak etməyəcək. 
 
Dmitri Nazarov millinin toplanışında iştirak etməyəcək
Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında D.Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.
UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün Milli Assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq.
 
Baş Sponsor 
Partnyorlar