az en
News / Filip Ozobiç millimizə cəlb oluna bilər

Filip Ozobiç millimizə cəlb oluna bilər

A Milli Dərc olundu: 14.07.2021 Çap
Hazırda "Qarabağ" klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb.
Bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub.
Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.
Filip Ozobiç millimizə cəlb oluna bilər
Baş Sponsor 
Partnyorlar