az en
News / Fərid Nəbiyev millinin toplanışında iştirak etməyəcək

Fərid Nəbiyev millinin toplanışında iştirak etməyəcək

U-21 Dərc olundu: 06.10.2020 Çap
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Fərid Nəbiyev millinin toplanışında iştirak edə bilməyəcək.
Fərid Nəbiyev millinin toplanışında iştirak etməyəcək
Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən futbolçu bu gün Slovakiyada milli komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində Covid-19 testi verən futbolçunun testi pozitiv nəticələndiyi üçün Çexiyadan Slovakiyaya yollanmayıb.
Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq.
 
Baş Sponsor 
Partnyorlar