az en
News / Gəncədə Məşq Mərkəzi və Futbol Akademiyası üçün AFFA tender elan edir

Gəncədə Məşq Mərkəzi və Futbol Akademiyası üçün AFFA tender elan edir

AFFA Dərc olundu: 14.10.2021 Çap
Gəncə şəhər stadionunun ərazisində Məşq Mərkəzinin və Futbol Akademiyasının inşası üçün AFFA tərəfindən tender elan olunur.
Görüləcək işin həcmi ilə bağlı sənəd və müvafiq çertyojlar əlavə olunur:
 
Gəncədə Məşq Mərkəzi və Futbol Akademiyası üçün AFFA tender elan edir
 
Çertyojlar:
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər.
 
Tenderin müddəti: 15 noyabr 2021-ci il
Ödəniş: 30% müqavilə bağlandıqdan sonra, 30% işin 30%-i görüldükdən sonra, 30% işin 60%-i görüldükdən sonra, 10% iş tam yekunlaşdıqdan sonra
İşin təhvil verilmə tarixi: 5 dekabr 2022-ci il
 
QEYD:
1. İş həcmində mövcud binanın sökülüb yerində yeni binanın tikintisi nəzərdə tutulub.
2. Xarici kommunikasiya xətləri, qazanxana tikintisi, yeraltı su rezervuarları, nasosxana, yarımstansiyanın tikintisi, çirkli suların anbarının tikintisi iş həcmində nəzərə alınmayıb.
 
 
Baş Sponsor 
Partnyorlar