az en
News / “İkinci hissədə daha yaxşı çıxış etdik”

“İkinci hissədə daha yaxşı çıxış etdik”

Məşqçilər Dərc olundu: 13.11.2025 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün 8-ci km qəsəbə stadionunda İslandiya yığması ilə keçirilən oyundan (0:2) sonra mətbuat konfransında fikirlərini bildirib:
“İkinci hissədə daha yaxşı çıxış etdik”
“Xal qazanmaq istəyirdik, buna inanırdıq. Təəssüf ki, məğlub olduq. Rəqibin gücü bəlli idi. Ukrayna ilə müqayisədə İslandiya kollektiv şəkildə daha kompakt görünür. İkinci hissədə daha yaxşı çıxış etdik. Qol vurmaq üçün fürsətlərimiz də oldu. Fransa ilə son matçımız qalıb, ona hazırlaşacağıq”.
Qeyd edək ki, millimiz qrupda son matçını noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığmasına qarşı keçirəcək.
Baş Sponsor