az en
News / Kubokun dünya turu ilə bağlı mətbuat konfransı

Kubokun dünya turu ilə bağlı mətbuat konfransı

Coca-Cola Dərc olundu: 08.02.2018 Çap
Coca-Cola şirkəti FIFA Dünya çempionatının kubokunu 4-cü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə nümayiş etdirmək üçün fevral ayının 9-da kuboku Bakıya gətirəcək.
 
Kubokun dünya turu ilə bağlı mətbuat konfransı
FIFA Dünya çempionatı kubokunun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur. Dünya Kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə sabah səhər saatlarında xüsusi təyyarə ilə Bakı şəhərinə gətiriləcək.
Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da Hilton otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.
 
Baş Sponsor 
Partnyorlar