az en
News / Milli komandamızın formaları “Puma” mağazalarında (fotolar)

Milli komandamızın formaları “Puma” mağazalarında (fotolar)

A Milli Dərc olundu: 22.12.2025 Çap
Azərbaycan milli komandasının rəsmi formaları “Puma” mağazalarında satışa çıxarılıb. Bununla bağlı bu gün “Crescent Mall”da yerləşən “Puma” mağazasında təqdimat tədbiri keçirilib.
Milli komandamızın formaları “Puma” mağazalarında (fotolar)
Tədbirdə kişilərdən ibarət milli komandamızın üzvləri Rza Cəfərov, Elvin Cəfərquliyev və qadınlardan ibarət millimizin futbolçusu Manə Mollayeva iştirak ediblər. Oyunçular azarkeşlərlə görüşüb, onlara avtoqraf verib, xatirə şəkilləri çəkdirib və tədbir barədə fikirlərini bölüşüblər.
 
Bundan sonra milli komandanın formaları bu ünvanlarda satışda olacaq:
• “Crescent Mall”, “Puma” mağazası
• Səməd Vurğun 18A, “Park Center” ticarət mərkəzi, “Puma” mağazası
 
Baş Sponsor