az en
News / Millimiz (Qadınlar) Banqladeşdə turnirə qatılacaq

Millimiz (Qadınlar) Banqladeşdə turnirə qatılacaq

A milli (Qadınlar) Dərc olundu: 31.10.2025 Çap
Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.
Millimiz (Qadınlar) Banqladeşdə turnirə qatılacaq
Millimiz Dəkkə şəhərində “FIFA Tri Nations Women's Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq. Komandamız noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.
Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək.
Baş Sponsor