Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirib.
Millimiz Rusiya yığması ilə qarşılaşıb. FİŞT Olimpiya Stadionunda baş tutan oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, komandalar dekabrın 2-də “Soçi” klubunun məşq bazasında növbəti yoldaşlıq görüşündə üz-üzə gələcəklər.