Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində son oyununa çıxıb. D qrupunda yer alan komandamız Bakıda Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 4-cü dəqiqədə Renat Dadaşov vurub.
Beləliklə, millimiz 1 xalla qrupda 4-cü yeri tutub.
Azərbaycan – Fransa - 1:3
Qollar: Renat Dadaşov, 4 - Jan-Filipp Mateta, 17; Manes Akliuş, 30; Şahrudin Məhəmmədəliyev, 45 (avtoqol)
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev (12. Aydın Bayramov, 46), 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 20. Abdulla Xaybullayev, 8. Emin Mahmudov (k) (6. Səbuhi Abdullazadə, 66), 11. Xəyal Əliyev (19. Mustafa Əhmədzadə, 87), 16. Ceyhun Nuriyev (10. Nəriman Axundzadə, 46), 9. Renat Dadaşov (13. Abbas Hüseynov, 75)
Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 3. Rüfət Abbasov, 7. Anatoli Nuriyev, 15. Bədavi Hüseynov, 17. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov
Baş məşqçi: Ayxan Abbasov
Fransa: 23. Luka Şevalve, 15. İbrahima Konate, 21. Lukas Ernandes, 22. Teo Ernandes, 2. Malo Qyusto, 6. Kefren Türam, 18. Uorren Zair-Emeri, 12. Manes Akliuş (8. Florian Tovin, 62), 19. Jan-Filipp Mateta (20. Bradli Barkola, 79), 7. Kristofer Nkunku (14. Rayan Şerki, 62), 9. Uqo Ekitike
Ehtiyat oyunçular: 1. Bris Samba, 16. Mayk Menyan, 3. Luka Din, 4. Dayo Upamekano, 5. Jül Kunde, 11. Maykl Olise, 13. Nqolo Kante, 17. Vilyam Saliba
Baş məşqçi: Didye Deşam