az en
News / Millimizdən tarixi qalibiyyət

Millimizdən tarixi qalibiyyət

A Milli Dərc olundu: 27.03.2026 Çap
Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirilən oyunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.
Millimizdən tarixi qalibiyyət
Ayxan Abbasovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə rəqibini 6:1 hesabı ilə məğlub edərək 1999 və 2017-ci illərdəki rekordunu yeniləyib. Millimiz buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn (4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində əldə etmişdi.
Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurub.
Baş Sponsor