az en
News / Millimizin UEFA Millətlər Liqasının ev oyunları üçün akkreditasiya elanı

Millimizin UEFA Millətlər Liqasının ev oyunları üçün akkreditasiya elanı

AFFA Dərc olundu: 17.09.2026 Çap
UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda Litva yığmasına qarşı keçiriləcək ev oyunlarına akkreditasiya almaq istəyən KİV nümayəndələrinin qeydiyyatı sentyabrın 25-dək davam edəcək.
Millimizin UEFA Millətlər Liqasının ev oyunları üçün akkreditasiya elanı
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skan olunmuş);
3. Təmsil etdiyi mətbu orqanın vəsiqəsinin surəti;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
 
Yuxarıda qeyd olunanlar 25 sentyabr saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Baş Sponsor