az en
News / Millinin heyətində dəyişiklik

Millinin heyətində dəyişiklik

A milli (Futzal) Dərc olundu: 19.01.2022 Çap
Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyətində məcburi dəyişiklik edilib.
 
Millinin heyətində dəyişiklik
Dünən Qroningendə keçirilən hazırlıq prosesi zamanı Emanoel Joao Rodrigues zədələnib. Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müvafiq sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib. Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Onun əvəzinə Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və komandanın sabah keçiriləcək məşqində iştirak edəcək.
 
Baş Sponsor 
Partnyorlar