az en
News / “Neftçi” Konfrans Liqasında ilk oyunu keçirib

“Neftçi” Konfrans Liqasında ilk oyunu keçirib

Konfrans Liqası Dərc olundu: 22.07.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Neftçi” 2026/2027-ci illər mövsümündə ilk oyuna çıxıb. Bakı klubu II təsnifat mərhələsinin birinci matçında Belarusun “Dinamo” (Minsk) komandasını qəbul edib.
“Neftçi” Konfrans Liqasında ilk oyunu keçirib
“Palms Sports Arena”da keçirilən görüş rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində ilk qolu 2-ci dəqiqədə Emin Mahmudov vurub, 8-ci dəqiqədə isə “Dinamo”nun oyunçusu Aleksandr Selyava avtoqol müəllifi olub.
Komandalar arasında cavab oyunu iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində keçiriləcək.
Baş Sponsor