az en
News / “Zirə” cavab oyununda da böyükhesablı qələbə qazandı

“Zirə” cavab oyununda da böyükhesablı qələbə qazandı

Konfrans Liqası Dərc olundu: 16.07.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” I təsnifat mərhələsində cavab oyununa çıxıb. Bakı klubu Gürcüstanın “Torpedo” (Kutaisi) komandasının qonağı olub.
“Zirə” cavab oyununda da böyükhesablı qələbə qazandı
“Zirə” evdə baş tutan ilk oyunda olduğu kimi, Kutaisi şəhərində yerləşən “Şengelia Arena”dakı görüşdə də rəqibini 3:0 hesabı ilə məğlub edib. Təmsilçimizin heyətində qolları 25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə isə Amin Seydiyev vurublar.
Beləliklə, “Zirə” II təsnifat mərhələsinə adlayıb. Qəsəbə komandasının bu raunddakı rəqibi Estoniya klubu “Payde” olacaq. Bu mərhələnin matçları iyulun 23-də və 30-da keçiriləcək. Təmsilçimizin ilk oyunu səfərdə olacaq.
Baş Sponsor