az en
News / Millimizdən (Çimərlik) ardıcıl ikinci qələbə

Millimizdən (Çimərlik) ardıcıl ikinci qələbə

Çimərlik futbolu Dərc olundu: 16.07.2026 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb. B Liqasının B qrupunda yer alan millimiz Slovakiya yığması ilə qarşılaşıb.
Millimizdən (Çimərlik) ardıcıl ikinci qələbə
Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.
Qeyd edək ki, qrupdakı ilk oyunda İngiltərə yığmasını 8:3 hesabı ilə məğlub edən Azərbaycan millisi üçüncü matçını iyulun 17-də Latviya seçməsinə qarşı keçirəcək.
Baş Sponsor