az en
News / Millimizdən (Çimərlik) böyükhesablı qələbə

Millimizdən (Çimərlik) böyükhesablı qələbə

Çimərlik futbolu Dərc olundu: 08.07.2026 Çap
Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Meydan sahibləri ilə qarşılaşan millimiz 6:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində Orxan Məmmədov 3, Elşad Manafov 2, Sahib Məmmədov isə 1 qol vurub.
Millimizdən (Çimərlik) böyükhesablı qələbə
Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsində (EBSL) iştirak edəcək. B Liqasının B qrupunda yer alan komandamız iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığması ilə qarşılaşacaq. Hər üç görüş Batumi çimərlik meydançasında təşkil olunacaq.
Baş Sponsor