az en
News / Millimiz (Çimərlik) İngiltərə yığmasına qalib gəldi

Millimiz (Çimərlik) İngiltərə yığmasına qalib gəldi

Çimərlik futbolu Dərc olundu: 16.07.2026 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ilk oyuna çıxıb. B Liqasının B qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.
Millimiz (Çimərlik) İngiltərə yığmasına qalib gəldi
Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 8:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev isə hərəyə 2 qol vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.
Baş Sponsor