az en
News / Millinin (Çimərlik) seçmə mərhələ üçün heyəti

Millinin (Çimərlik) seçmə mərhələ üçün heyəti

Çimərlik futbolu Dərc olundu: 06.07.2026 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq və Avropa çempionatının seçmə mərhələsində (EBSL) iştirak edəcək.
Millinin (Çimərlik) seçmə mərhələ üçün heyəti
B Liqasının B qrupunda yer alan millimiz iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığması ilə qarşılaşacaq. Hər üç oyun Batumi çimərlik meydançasında təşkil olunacaq.
 
Milli komandaya dəvət edilən oyunçuların adlarını nəzərinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov
Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.
Baş Sponsor