Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində cavab oyununa çıxıb. Bakı klubu Danimarkanın “Orxus” komandasını qəbul edib.
Danimarkada baş tutan ilk oyunda 1:2 hesabı ilə məğlub olan “Sabah” “Bank Respublika Arena”dakı cavab görüşündə rəqibinə 4:0 hesabı ilə qalib gəlib. Təmsilçimizin heyətində qolları 59-cu dəqiqədə Velko Şimiç, 67-ci dəqiqədə Stiv Solvet, 79-cu dəqiqədə Coy Lens Mikels və 89-cu dəqiqədə Xander Severina vurublar.
Beləliklə, “Sabah” pley-off mərhələsinə adlamaqla yanaşı, UEFA Avropa Liqasının Liqa mərhələsinə vəsiqəni rəsmiləşdirib. Azərbaycan çempionunun pley-offdakı rəqibi “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi olacaq. Komandaların İsraildəki ilk matçında “Hapoel” 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Çempionlar Liqasında növbəti mərhələnin oyunları avqustun 19-da və 25-də keçiriləcək.