az en
News / Seleksiya xarakterli oyun keçiriləcək

Seleksiya xarakterli oyun keçiriləcək

AFFA Dərc olundu: 12.04.2025 Çap
Bakıda UEFA-nın Elit Məşq Layihəsi çərçivəsində seleksiya xarakterli təlim-məşq toplanışı keçirilir.
Seleksiya xarakterli oyun keçiriləcək
Aprelin 15-dək davam edəcək toplanışda layihənin 6 regional məntəqəsindən seçilmiş 26 futbolçu və 8 məşqçi iştirak edir. Təlim prosesi çərçivəsində ümumilikdə 8 məşq və aprelin 15-də, saat 11:00-da ikitərəfli yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, təlim-məşq toplanışında UEFA-nın nümayəndəsi Milenko Acimoviç də iştirak edir. Elit Məşq Layihəsi gənc futbolçuların potensialının üzə çıxarılması və onların inkişafına yönəlmiş mühüm proqramlardan biridir.
 
Baş Sponsor