az en
News / U-16 (Qızlar) UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib

U-16 (Qızlar) UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib

U-16 (qızlar) Dərc olundu: 08.05.2026 Çap
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.
U-16 (Qızlar) UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib
Millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda keçirilən görüş rəqib komandanın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 45+2-ci dəqiqədə penaltidən Xədicə Rəhimova vurub.
Günün digər matçında Gürcüstan yığması Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, U-16 növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək.
Baş Sponsor