az en
News / U-19 (Qadınlar) Moldova yığmasına qalib gəldi

U-19 (Qadınlar) Moldova yığmasına qalib gəldi

U-19 (qızlar) Dərc olundu: 16.09.2025 Çap
Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb. U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
U-19 (Qadınlar) Moldova yığmasına qalib gəldi
CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Millimizin digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.
Baş Sponsor