19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində üçüncü oyununa çıxıb.
B liqasının 6-cı qrupunda yer alan millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirdiyi sonuncu matçında Gürcüstan yığması ilə qarşılaşıb. “Luçko” stadionunda təşkil olunan qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. U-19 millimizin heyətində qolu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub.