19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində ikinci oyununa çıxıb.
B liqasının 6-cı qrupunda yer alan millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə Çexiya yığması ilə qarşılaşıb. “Luçko” stadionunda keçirilən görüş rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 qrupda son oyununu aprelin 17-də Gürcüstan seçməsinə qarşı keçirəcək.