az en
News / U-21-dən böyükhesablı qələbə

U-21-dən böyükhesablı qələbə

U-21 Dərc olundu: 06.06.2026 Çap
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.
U-21-dən böyükhesablı qələbə
U-21 Bəhreynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəşad Eyyubovun yetirmələri rəqibin qapısından 3 cavabsız top keçirərək, böyükhesablı qələbə qazanıblar – 3:0. Komandamızın heyətində qolları 32-ci dəqiqədə Qurban Səfərov, 87-ci dəqiqədə Nihad Əhmədzadə və 89-cu dəqiqədə Lorenzo Mezzotero vurublar.
Qeyd edək ki, U-21 toplanış çərçivəsində növbəti yoxlama oyununu iyunun 9-da Qırğızıstan yığmasına qarşı keçiriləcək.
Baş Sponsor